Niderland birinci divizionunda 26-cı turun oyunları keçirilir. 

Offsideplus.az  xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Komanda doğma meydanda “Qraafşap”la üz-üzə gəlib. Futbolçumuzun komandası 0:4 hesabıyla məğlub olub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Eyndhoven”  39 xalla 20 komanda arasında 6-cı pillədə qərarlaşıb.