Mərakeş əsilli belçikalı futbolçu Faysal Rerrasın yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Belçikanın URSL klubunda karyerasını davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. I Divizion təmsilçisi ilə Faysal arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bir müddət öncə "Turan Tovuz"un düşərgəsində baxışda olan Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.