“Verona” klubu futbolçusu Nikola Kaliniçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

34 yaşlı hücumçunun yeni klubu artıq məlum olub. O, Xorvatiyanın “Hayduk” klubuna keçib.