Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, E.Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 
 
 AFFA-nın təklifi ilə Kamran Agayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyun keçirib.