Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Neftçi" və "Abşeron" komandaları qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, ilk oyunu "Neftçi" 97:93 hesabı ilə qələbə ilə başa vurub. Matçdan sonra "Abşeron"un baş məşqçisi Erhan Toker oyunla bağlı fikirlərini bildirib:

"Çox gözəl mübarizə apardılar, oyunçularımı təbrik edirəm. Oyunu qazanmağı haqq edirdik. Görüşün televiziyada yayımlandığını nəzərə alaraq artıq danışmağa ehtiyac yoxdur, hər kəs baş verənləri gördü. 'Neftçi'ni qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, yarışda ən tez 2 qələbə qazanan komanda adını finala yazdıracaq.