Sabah Misli Premyer Liqasının XXXII turunda "Sumqayıt"a qarşı mübarizə aparacaq "Neftçi"nin heyətində itkilər var.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisinin 5 futbolçusu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çıxış edə bilməyəcək.

Bunlar Emin Mahmudov, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohoridir. Hər 5 futbolçu zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşmasının start fiti sabah saat 20:00-da çalınacaq.