Yaponiya millisinin sabiq futbolçusu Şindzi Kaqava özünə yeni klub tapıb.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu Belçika təmsilçisi "Sent-Trüden"ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Kaqava karyerasını ərzində "Borussiya" ( Dortmund ), "Mançester Yunayted" və "Beşiktaş" kimi məşhur klubların şərəfini qoruyub. O, son olaraq, "Paok"da çıxış  edib.