Ukraynanın "Dinamo" (Kiyev) klubunun baş məşqçisi Mirça Luçesku təyinatından 4 gün sonra istefa verib.
Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis azarkeşlərin təzyiqi altında çalışmaq istəmədiyini bildirib: "Təəssüf ki, "Dinamo" ilə əməkdaşlıqdan imtina etməli oldum. Göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm. Bu cür düşmənçilik mühitində işləyə bilmərəm. Fanatların hərəkətlərini qəbul edə bilmirəm. Bu, klubun maraqlarına ziddir".
Luçesku "Dinamo"nun sükanı arxasına iyulun 23-də keçib. 75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, Mirça Luçeskunun son iş yeri Türkiyə millisi olub.