Xorvatiya və Serbiyada futbol mövsümünün davam etdirilməsinə dair qərar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, Serbiyada mayın 30-dan yüksək liqa və kubok oyunları davam etdiriləcək.
Xorvatiyada isə kubok oyunları 30 və ya 31 may, yüksək liqa matçları isə iyunun 6-dan başlayacaq. Bütün oyunlar azarkeşsiz keçiriləcək.