İngiltərə Premyer Liqasının XXI turunda baş tutan “Nyukasl” - “Lids” oyununda Harvi Barnsın vurduğu qol əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "OptaJoe" statistika şirkəti "X" sosial şəbəkəsində bildirib.
"Lids"lə oyunun 102-ci dəqiqəsində “Nyukasl”ın futbolçusunun vurduğu qol, məlumatlar saxlanılmağa başlandığından bəri (2006/2007 mövsümündə) Premyer Liqa tarixində ən gec qələbə qolu olub.
Qeyd edək ki, 32 xalı olan "Nyukasl" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı, "Lids" 22 xalla 16-cı yerdə qərarlaşıb.



