"Qarabağ"ın rəqibi "Ayaks" artıq Bakıdadır.

Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi paytaxtımıza itkilərlə gəlib.

Yosip Şutalo, Xerald Alders, Kennet Teylor, Ceyms Makkonnel və Stiven Berquis bu görüşdə iştirak edə bilməyəcək.

Zədəsini sağaldan Kasper Dolberq isə Bakıya gəlib.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı sabah Bakı vaxtı ilə 21:45-də başlayacaq.