"Liverpul"un futbolçusu Məhəmməd Salah "İnter"lə oyun üçün İtaliyaya aparılmayacaq.
Offsideplus.az xəbər verir ki, qərarı klubun rəhbərliyi və baş məşqçi Arne Slot birlikdə verib.
Salah "Lids"lə oyundan sonra mətbuat açıqlamasında ehtiyatda qalmağına məyus olduğunu bildirmişdi.
Qeyd edək ki, "İnter" - "Liverpul" görüşü dekabrın 9-dan 10-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



