"Qalatasaray" Çempionlar Liqasının VI turunda səfərdə "Monako" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 3 futbolçu bu oyunda dəqiq olmayacaq.
Vilfred Sinqo, İsmael Yakobs və Kaan Ayhan bu görüşdə komandasına kömək edə bilməyəcək.
Bu barədə klubun doktoru Yener İnce məlumat verib.
"Qalatasaray" 5 turdan sonra 9 xalla 14-cu yerdədir. "Monako" isə 6 xalla 23-cü yerin sahibidir.
"Monako" - "Qalatasaray" görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



