Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq "Qarabağ" - "Ayaks" oyununun hakimi məlum olub.
Offsideplus.az xəbər verir ki, görüşü sloveniyalı Rade Obrenoviç idarə edəcək.
FIFA referisinə Yure Praprotnik və Qreqa Kordej kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Borosak əyləşəcək.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.



