"Ayaks" klubu avrokuboklarda tarixiinin ən uğursuz dövrünü yaşayır.
Offsideplus.az xəbər verir ki, Amsterdam klubu ardıcıl 7 oyundur məğlub olur.
Onlar son olaraq "Benfika" ilə görüşdə məğlubiyyətə uğrayıb - 0:2.
"Ayaks" hazırda Çempionlar Liqasının Liqa mərhələsində 5 turdan sonra 0 xalla sonuncudur.
Niderland təmsilçisi növbəti turda Bakıda "Qarabağ"la qarşılaşacaq.



