11 il "Atletik" formasını geyinmiş, "Real Madrid" yetirməsi və B komandasında forma geyinmiş İsmael Urzaiz "Atletik" - "Qarabağ" oyunu ilə bağlı danışıb. 

Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə müsahibəsində oktyabrın 22-də baş tutacaq matçı şərh edib:

"Bir az təəccüblüdür, amma onlar artıq 2 qələbə qazanıblarsa, bu, təəccüblü sayılmır, deyilmi? "Qarabağ" ardıcıl 2 dəfə qalib gəlib, rəqib üçün işlər yaxşı gedir. Lakin "Atletik" ilə oyun asan olmayacaq. Onlar ilk qələbələrini qazanmaq istəyirlərsə, ən yaxşılarını etməlidirlər".

Qeyd edək ki, sözügedən matç 22 oktyabr Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.