Çempionlar Liqasının Liqa mərhələsində mübarizə bu gün 6 oyunla davam edəcək.

Offsideplus.az xəbər verir ki, son çempion PSJ evində "Atalanta"nı qəbul edəcək. Finalist "İnter" isə "Ayaks"ın qonağı olacaq.

Günün ən maraqlı oyunları Münhen və Liverpulda baş tutacaq. "Bayern Münhen" "Çelsi" ilə, "Liverpul" isə "Atletiko" ilə üz-üzə gələcək.

Çempionlar Liqası, Liqa mərhələsi I tur

17 sentyabr (çərşənbə)

20:45 "Olimpiakos" - "Pafos"

20:45 "Slaviya" (Praqa) - "Budyo Qlimt"

23:00 "Ayaks" - "İnter"

23:00  "Bayern Münhen" - "Çelsi"

23:00 "Liverpul" - "Atletiko" (Madrid)

23:00 PSJ - "Atalanta"