Çempionlar Liqasının pley-off mərhələsində bu gün 3 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, günün ilk oyunu Qazaxıstanda baş tutub. "Kayrat" "Seltik"i qəbul edib və penaltilər seriyasında 3:2 hesabla qalib gələrək adını liqa mərhələsinə yazdırıb.

"Kayrat" komandası tarixdə ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Bundan əlavə, adını əsas mərhələyə yazdıran klublar sırasında "Bodo/Qlimt" və "Pafos" da var.

Çempionlar Liqası, pley-off mərhələsi

26 avqust

20:45. "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) 0:0 (penaltilər - 3:2)

İlk oyun - 0:0.

23:00. "Şturm" (Avstriya) - "Bodo/Qlimt" (Norveç) 2:1

İlk oyun - 0:5.

23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) 1:1

İlk oyun - 2:1.