"Qarabağ" avrokuboklarda mövsümə qüsursuz başlayıb.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri indiyə qədər 5 matç keçirib və hamısında qələbə qazanmağı bacarıb.

Ağdam təmsilçisi bu matçlarda 13 qol vurmağı bacarıb. Bu rəqəm Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan komandaların hamısından çoxdur.

Dünənki matç Musa Qurbanlı üçün xüsusi önəm kəsb edib. Komandasının son qolunu vuran 22 yaşlı hücumçu avrokuboklarda ilk dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" arasındakı cavab maçtı avqustun 27-də Bakıda oynanılacaq.