UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə apracaq “Qarabağ”ın İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, iyulun 23-də Dublində təşkil olunacaq görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
23 iyul
“Şelburn” (İrlandiya) - “Qarabağ” (Azərbaycan)
"Tolka Park" stadionu. Saat 22:45
Baş hakim: Ante Çulina
Baş hakimin köməkçiləri: Luka Puşiç, İvan Mihali
Dördüncü hakim: Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
(bütün hakimlər Xorvatiyadandır)



