Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, təqvimə əsasən bu gün 12, sabah isə daha 2 görüş baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ"ın rəqibi məhz sabah keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) görüşündə məlum olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
15 iyul
19:00 "Kayrat" (Qazaxıstan) - "Olimpiya" (Sloveniya)
ilk oyun - 1:1
19:30 "Linkoln" (Cəbəllütariq) - "Vikinqur" (Farer adaları)
ilk oyun - 3:2
21:00 "Hamrun" (Malta) - "Jalqiris" (Litva)
ilk oyun - 0:2
21:00 "Malmö" (İsveç) - "İberiya 1999" (Gürcüstan)
ilk oyun - 3:1
21:00 "Milsami" (Moldova) - KuPS (Finlandiya)
ilk oyun - 0:1
21:00 RFŞ (Latviya) - "Levadiya" (Estoniya)
ilk oyun - 1:0
22:00 "Differdanj" (Lüksemburq) - "Drita" (Kosovo)
ilk oyun - 0:1
22:00 "Şkendiya" (Şimali Makedoniya) - TNS (Uels)
ilk oyun: 0:0
22:30 “İnter” (Andorra) - FCSB (Rumıniya)
ilk oyun - 1:3
23:00 "Breydablik" (İslandiya) - "Eqnatiya" (Albaniya)
ilk oyun - 0:1
23:00 "Buduçnost" (Monteneqro) - "Noa" (Ermənistan)
ilk oyun - 0:1
23:00 "Zrinski" (Bosniya və Herseqovina) - "Virtus" (San Marino)
ilk oyun - 2:0



