"Barselona" mayın 6-da İtaliyafa "İnter"lə cavab matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, bu qarşılaşma öncəsi "blauqrana"ya sevindirici xəbər gəlib. Robert Levandovski zədəsini sağaldıb və görüşdə 35-50 dəqiqə meydanda ola bilər.

Alexandro Balde isə bu oyunu buraxmalı olacaq.

Xatırladaq ki, Levandovski "Selta" ilə matçda sıradan çıxmışdı. O, zədəsini gözləniləndən erkən sağaldıb.