UEFA Çempionlar Liqasının 2022-ci ildə "Real" və "Liverpul" komandaları arasında keçirilmiş  final oyunundan əvvəl baş verən hadisələrlə bağlı yeni qərar verilib.

Offsideplus.az xəbər verir ki, müstəqil araşdırma nəticəsində "Liverpul" azarkeşləri təzminat almaq hüququ qazanıblar.

UEFA-nın sifarişi ilə həyata keçirilən müstəqil araşdırmada daha əvvəl oyunöncəsi hadisələrdə günahkar bilinən “Liverpul” azarkeşlərinə bəraət verilib və bilet pulları geri qaytarılıb. UEFA-dan verilən yeni açıqlamada finaldan öncə xəsarət aldığını iddia edən azarkeşlərlə razılığa gəlindiyi və təzminat ödəniləcəyi açıqlanıb.

NƏ BAŞ VERMİŞDİ?

2022-ci il mayın 25-də oynanılan "Real" - "Liverpul" Çempionlar Liqası finalından əvvəl Fransa polisi ilə ingilis azarkeşlər arasında gərginlik yaşanmışdı. Bu səbəbdən matçın start fiti 30 dəqiqədən çox gecikdi. Təhlükəsizlik qrupları biletsiz izdihamı idarə etmək üçün təzyiq altında əyildikcə minlərlə azarkeş növbələrdə sıxışdı. Saxta biletlərə görə metal qapılar tıxanıb və çoxlu azarkeş təhlükəsizlik kordonlarını keçərək stadiona daxil olub və polis gözyaşardıcı qazdan istifadə edib.