Çempionlar Liqasında 1/8 finala yüksələcək son 4 komanda bu gecə məlum olacaq.
Offsideplus.az xəbər verir ki, ilk olaraq "Atalanta" və "Borussiya" meydana çıxacaq.
"Qalatasaray" isə Turinə yollanıb. "Sarı-qırmızılar" 5:2 hesablı üstünlüyünü qorumağa çalışacaq.
"Real Madrid" isə "Benfika" səddini aşmağa çalışacaq.
21:45. "Atalanta" - "Borussiya" (Dortmund) (ilk oyun - 0:2)
00:00. PSJ - "Monako" (3:2)
00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (2:5)
00:00. "Real Madrid" - "Benfika" (1:0)


