"Qarabağ"ın cari mövsüm ən yaxşı performans göstərən futbolçularından biri şübhəsiz, qapıçı Mateuş Koxalskidir.
Offsideplus.az xəbər verir ki, polyak qolkiper Çempionlar Liqasında da fərqlənməyi bacarıb.
O, Çempionlar Liqasının əsas mərhələsində 40 seyv edib.
25 yaşlı qapıçı ötən günkü "Nyukasl"la matçda 10 qurtarış etməyi bacarıb.
Koxalski bu göstəricidə 3-cü yerdədir. O, yalnız Nikita Haikin (52 - "Budyo Qlimt") və Tibo Kurtuadan (44 - "Real Madrid") geri qalır.


