"Real"ın braziliyalı ulduzu Vinisius bu gecə "Benfika"nın qapısına yol tapmaqla daha bir uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında 31-ci qoluna imza atıb.
Bununla da o, bu turnirdə ən çox qol vuran braziliyalılar siyahısında Neymarı geridə qoydu və ilk pilləyə bir addım da yaxınlaşdı.
- 43 qol: Rikardo Kaka
- 31 qol: Vinisius
- 30 qol: Neymar



