“Sabah bizi çətin oyun gözləyir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Komandada əhval-ruhiyyə yüksəkdir. Uçuşumuz rahat keçdi və heç bir yorğunluq hiss etmirik. Hazırlıq prosesinə çox diqqətlə yanaşmışıq, rəqibin oyunlarını yaxşı analiz etmişik. “Qarabağ” son matçlarda çox parlaq oyun nümayiş etdirib. Bu qarşılaşma bizim üçün çox vacibdir. Son oyunlarda yaxşı nəticələr əldə etmişik və bu matçdan da xoş təəssüratla ayrılmaq istəyirik. Bu, bizim üçün tarixi şansdır, çünki artıq pley-off mərhələsindəyik və çox həyəcanlıyıq. “Qarabağ”ın hücuma meyilli, aqressiv oyun üslubu var. Buna baxmayaraq, biz özümüzə inanırıq və yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qurban Qurbanov uzun müddətdir ki, “Qarabağ”ın baş məşqçisidir.
Bir mütəxəssis bu qədər müddət bir postda qalırsa, hörmətəlayiqdir. Komandanın yaxşı nəticələri var, oyunlarına baxmaq maraq doğurur. “Qarabağ”a qarşı oyunumuz asan olmayacaq.
Qeyd edək ki, oyun sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 21:45-də start götürəcək.


