"Bizim üçün olduqca önəmli oyundur”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Bikalyo mətbuat konfransında deyib.

Braziliyalı oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb: “Türkiyədə təlim-məşq toplanışımız oldu. Ümid edirəm ki, sabahkı oyunda istədiklərimizi həyata keçirə biləcəyik. Turnirin əhəmiyyətini və oyunun vacibliyini nəzərə alsaq, deyə bilərik ki, böyük matçdır. Bu, karyeramın ən önəmli oyunudur".

Yarımmüdafiəçi qış transfer dönəmində komandadan gedəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

"Bu kimi məsələlər matça köklənməyimə təsir etməyəcək. Hazırda tamamilə oyuna fokuslanmışıq. Digər məsələlər klub rəhbərliyinin işidir”.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti saat 21:45-də səslənəcək.