"Bayern"in ulduzu öz transferini "Barselona"ya təklif edib.

Offsideplus.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Leon Goretzkanın nümayəndələri son günlər onu “Barselona”ya təklif edib, məlumat klub və məşqçi Hansi Flik tərəfindən təsdiqlənib.

Goretzka mövsüm sonunda "Bayern Münhen"lə müqaviləsi bitəcək və klubla yenilənmə ehtimalı az olduğundan, nümayəndələri yeni layihələr üçün aktiv axtarışdadırlar.

Yarımmüdafiəçinin Hansi Flik ilə "Bayern Münhen" və Almaniya millisindəki əlaqələri müsbət faktor kimi qiymətləndirilir.

Buna baxmayaraq, “Barselona” hazırda Goretzkaya üstünlük vermir. Klub hazırda digər mövqelərə fokuslanır və yarımmüdafiəçinin transferinə növbəti həftələrdə baxıla bilər.

Mövcud vəziyyət qeydə alınıb, amma indiyə qədər “Barselona”dan konkret addım gözlənilmir.