Dortmund "Borussiya"sı baş məşqçi Niko Kovaçla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin müqaviləsi uzadılıb. O, daha iki il Dortmund təmsilçisində çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
N. Kovaç bu ilin yanvarından "arılar"ı çalışdırır. O, bu postda Nuri Şahini əvəz edib.



