"Borussiya" klubu Cud Bellinqemin qardaşı Cob Bellinqemi transfer edir. 

Offsideplus.az xəbər verir ki, "arılar" "Sanderlend"in formasını geyinən qardaş Bellinqemi 38 milyon avroya heyətinə cəlb edəcək. Bundan əlavə, İngiltərə klubu növbəti satışda 15% bonus qazanacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

"Sanderlend" daha öncə Dortmund klubunun 19 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avroluq təklifini geri çevirmişdi. 

Qeyd edək ki, hazırda "Real Madrid"in formasını geyinən Cud Bellinqem də "Borussiya"da çıxış edib.