"Bayer"in yeni baş məşqçisi təyin olunan Erik ten Haq keçmiş futbolçusu Antonini Leverkuzen təmsilçisinı gətirmək istəyir.

Offsideplus.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, bu keçid baş tutsa, onlar 3-cü dəfə bir yerdə çalışacaq.

Ten Haq və Antoni daha öncə "Ayaks" və "Mançester Yunayted"də birlikdə olub.

Niderlandlı mütəxəssisin ilk ilində "Mançester Yunayted" braziliyalı futbolçu üçün "Ayaks"a 100 milyon avro ödəyib.

Antoni cari mövsümün 2-ci yarısını icarə əsasında "Betis"də keçirib. O, burdakı parlaq çıxışı ilə bir çox klubun diqqətini çəkməyi bacarıb.