"Bavariya" klubu ilk transferini etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi Conatan Ta ilə razılığa gəlib. 29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. O, ilinə 12 milyon avro qazanacaq.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

Ta 2015-ci ildən "Bayer"də çıxış edirdi. O, Leverkuzen klubundan azad agent kimi ayrılacaq.