"Bayern"in ulduz futbolçusu karyerasını başqa klubda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Tomas Müllerin karyerasını Amerikada davam etdirəcəyi iddia olunur. Bu barədə "Bild" nəşri məlumat yayıb.

35 yaşlı oyunçunun Avropada "Bayern"dən başqa komandada forma geyinmək istəmədiyi və MLS-də oynamaq niyyətində olduğu qeyd edilib.

Xatırladaq ki, Müllerin mövsümün sonunda müqaviləsi başa çatır.