"Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin komandaya uyğunlaşmasından danışıb.
Offsideplus.az xəbər verir ki, o, Azərbaycan millisinin üzvü və digər hücumçu Stefanos Tzimas barədə bu sözləri deyib:
"Onlar arasında komanda işi getdikcə yaxşılaşır. Lakin məşqdə həll etməli olduğumuz bəzi şeylər var. Bunları isə milli fasiləyə görə də bilmirik. Amma futbolçular qayıdanda çox şey edə bilərik".
Qeyd edək ki, zədəsini sağaldan M.Emreli Azərbaycan millisinin Millətlər Liqası oyunları üçün iştirak ərizəsinə daxil edilib.