"Bayern"in ulduzu Camal Musiala Avropa nəhənglərinin transfer siyahısındadır. 

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Real Madrid", "Barselona", "Mançester Siti" və "Arsenal" klubları yaxından maraqlanır. Bu barədə alman mətbuatı məlumat yayıb. 

Münhen təmsilçisinin rəhbərliyi isə alman ulduzu satmaq istəmir. Klub futbolçu ilə müqavilənin müddətini artırmağı planlaşdırır.