Almaniya Bundesliqasında II turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, turun əsas qarşılaşmalarından biri "Bayer" və "Leypsiq" arasında baş tutub.

Həyəcan dolu mübarizənin sonunda "Leypsiq" 3:2 hesabı ilə qələbə qazanaraq, "Bayer"in uzun müddət davam edən məğlubiyyətsizlik seriyasına son qoyub. Xabi Alonsonun rəhbərlik etdiyi komanda, bu məğlubiyyətlə 35 oyun sonra ilk dəfə xal itirib. 

Qeyd edək ki, "Bayer" sonuncu dəfə ötən ilin may ayında məğlub olmuşdu. Bu yenilgi onların Bundesliqadakı ilk məğlubiyyəti kimi yadda qaldı.