Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Covanni Reyna karyerasını İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "Men in Blazers"ə istinadla xəbər verir ki, 20 yaşlı ABŞ-li futbolçu Premyer Liqa təmsilçisi "Çelsi" ilə danışıqlar aparır.

Məlumata görə, o, hazırda "Milan"da çıxış edən sabiq "Çelsi"li Kristian Pulişiçlə də məsləhətləşir.

Reynanın "Borussiya" ilə 2025-ci ilədək müqaviləsi var.