Dortmund "Borussiya"sı futbolçusu Emre Canla müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Can 2020-ci ildən “arılar”ın şərəfini qoruyur. O, son mövsüm ərzində 38 oyunda meydana çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.