"Borussiya”nın zədəli futbolçusu Erlinq Haalandın son durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu məlumatı onun atası Alfo-İnqe Haaland deyib. O, 21 yaşlı forvardın vəziyyətinin yaxşı olduğunu, amma onun ən azı dekabr ayınadək yaşıl meydanlara qayıtmayacağını bildirib.
Xatırladaq ki, Haaland sonuncu dəfə Bundesliqanın 8-ci turunda “Maynts”la qarşılaşmada meydanda olub.