"Borussiya" (Dortmund) klubunun əsas hücumçusu Erlinq Haaland zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marko Roze məlumat verib. O, norveçli hücumçununun Almaniya Bundesliqasının növbəti turunda "Arminiya"ya qarşı oynamayacağını bildirib.

Qeyd edək ki, Haaland bu mövsüm Bundesliqada 6 matçda 9 qol vurub.