İyunun 16-da "Real"dan rəsmən ayrılan Serxio Ramos gələcək karyerası ilə bağlı qərar verməkdə tələsmir.

Təcrübəli müdafiəçi maliyyə baxımından daha çox qazana biləcəyi ünvana üz tutmaq niyyətindədir.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, Ramosun xidmətində "Bavariya" maraqlıdır. David Alaba ilə Jerom Boatenqin Münhen təmsilçisini tərk etməsindən sonra almanlar ən ideal namizəd kimi onu görür. Sadəcə, işlərində qorxu var. Həmin qorxu isə Serxionun alman dilini zərrə qədər də bilməməsi və bunu nəzərə alaraq uyğunlaşma ilə bağlı çətinlik çəkəcəyidir. Sırf bu səbəbdən milyonları hava sovurmaq niyyətindən uzaqdırlar.

Qeyd edək ki, 35 yaşlı futbolçu 4 dəfə Çempionlar Liqasını, bir o qədər Klublararası dünya çempionatını qazanıb, 5 dəfə İspaniya çempionu olub, 2 halda ölkə kubokunu başı üzərinə qaldırıb.