"Şalke"nin 19 yaşlı futbolçusu karyerasını İngiltərədə davam etdirəcək.

Offsideplus.az "90min"ə istinadən xəbər verir ki, Metyu Hoppe üçün Premyer Liqanın dord klubu mübarizə aparır. "Liverpul", "Tottenhem", "Mançester Siti" və "Mançester Yunayted" amerikalı hücumçunu transfer etməkdə maraqlıdır. "Şalke"nin Hoppe ilə müqaviləsinin müddəti 2023-cü ilə qədər olsa da, almanlar onu satmaqda həvəslidir.

Qeyd edək ki, cari mövsümdə Bundesliqada 11 matça çıxan "43 nömrə" rəqib qapılarına 5 dəfə yol tapıb.