Bundesliqa təmsilçisi "Ayntraxt" Niko Kovaça əvəzləyici tapıb.

Offsideplus.az İngiltərə mediasına istinadən xəbər verir ki, mövsümün sonunda "Bavariya"ya gedəcək Kovaçı təcrübəli baş məşqçi Slaven Biliç əvəz edə bilər. Xorvatiyalı mütəxəssislə "Ayntraxt" rəhbərliyinin görüşdüyü də bildirilir.

Qeyd edək ki, Biliç son olaraq Premyer Liqa təmsilçisi "Vest Hem"i çalışdırıb.