Almaniyanın “Şalke” klubunun prezidenti Klemens Tönnis istefa verib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə dayandırılan çempionat bərpa olunduqdan sonra qələbəyə həsrət qalan klubun prezidenti çarəni getməkdə görüb. Digər iddia isə, çalışdığı iş yerində koronavirusun geniş yayılmasında ittiham oldunduğu üçün bu addımı atdığı iddia olunur.

Qeyd edək ki, 64 yaşlı milyarder 2001-ci ildən “Şalke”yə rəhbərlik edirdi.