"Bavariya"nın futbolçusu Flavius Danilyukla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, "Bavariya"nın ikinci komandasında çıxış edən avstriyalı oyunçu rəhbərliyin peşəkar müqavilə təklifini rədd edərək, "Nitsa" klubu ilə anlaşıb. 19 yaşlı futbolçu fransızlarla uzunmüddətli müqavilə bağlamağa razılıq verib.

Qeyd edək ki, Vyana "Rapid"inin yetirməsi olan Flavius Danilyuk 2011-2014-cü illərdə "Real"ın akademiyasında çıxış edib. O, 2015-ci ildən "Bavariya"da oynayıb.