"Bayern"nin qapıçısı və kapitanı Manuel Noyer Vinsent Kompani baş məşqçi postuna gəldikdən sonra Münhen təmsilçisinin niyə daha yüksək səviyyədə futbol oynamağa başladığı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, “Biz öz inamımızı bərpa etmişik. Hansı komandaya qarşı çıxış etməyimizdən asılı olmayaraq, rəqibə nəfəs almağa imkan vermirik. Bu, əvvəlki dövrlərdən tamamilə fərqlidir. "Bayern" dominant futbol üslubunda uğura nail olmağa çalışır. Kompani hər bir oyunçuya bu özünəinamı aşılamağı bacarır və bu, meydanda da öz əksini tapır. Biz həqiqətən bir-birimizlə əlaqədəyik və bir komanda kimi çıxış edirik”, - deyə Noyer bildirib.
Bundesliqada 5 oyundan sonra 13 xal toplayan "Bayern" turnir cədvəlində birinci pillədə qərarlaşıb.