"Bayer-04" ulduzuna astronomik qiymət qoyub.
Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisi Florian Virtzi 150 milyon avro məbləğində dəyərləndirib. Bu barədə Alman jurnalist Kristian Falk məlumat verib.
Futbolçunun adı "Real", "Liverpul", "Mançester Siti", "Çelsi" kimi klublarla hallanır.
Qeyd edək ki, hazırki komandasının ötən mövsümki Bundesliqa çempionluğunda əsas rol oynayan 21 yaşlı oyunçu burada keçirdiyi 4 mövsümdə 159 matçda meydana çıxıb və 49 qola, 51 məhsuldar ötürməyə imza atıb. Onun klubla 2027-ci ilə qədər müqaviləsi var.