Dortmund "Borussiya"sının gənc hücumçusu Erlinq Braut Halandın sərbəst qalma məbləği bəlli olub.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 19 yaşlı ingiltərəli futbolçunun müqaviləsində onun sərbəst qalma məbləğinin miqdarı 75 milyon avro təşkil edir. Sözügedən məbləğ cari mövsümdə aktiv olmasa da, növbəti ildən artıq bu maddə qüvvədə olacaq.

Qeyd edək ki, "Zalzburq"dan "Borussiya"ya transfer edilən gənc hücumçu artıq çıxdığı iki oyunda beş dəfə rəqib qapılarına yol tapıb.