Almaniya Bundesliqasında "Verder"lə matç "Bavariya"nın ulduz futbolçusu Harri Keyn üçün əlamətdar göstərici ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, səfər matçının ilk hissəsində dubl edən hücumçu peşəkar karyerasında 500-cü qolunu vurub.

O, yubiley qolunu  11 metrlik cərimə zərbəsindən reallaşdırıb.

Qeyd edək ki,matç "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.